• cümə axşamı, 25 aprel, 10:03
  • Baku Bakı 14°C

Vergilər naziri yeni departament rəisi təyin etdi

19.01.15 16:02 1243
Vergilər naziri yeni departament rəisi təyin etdi
Vergilər Nazirliyi yanında yeni yaradılmış Bakı Vergilər Departamentinə rəis təyin olunub. Lent.az-ın məlumatına görə, bu vəzifəyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Habil Məmmədov təyin edilib. O, bundan əvvəl Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinə rəhbərlik edirdi.
Xatırladaq ki, Vergilər Nazirliyində bir müddət öncə struktur dəyişikliyi həyata keçirilib. Vergi Auditi Departamenti ilə Bakı Şəhər Vergilər Departamenti birləşdirilib. Yeni qurum Bakı Vergilər Departamenti adı ilə fəaliyyət göstərir.
banner

Oxşar Xəbərlər