AZE | RUS | ENG |

Vergi qanunvericiliyinə dəyişikliklər ediləcək

Vergi qanunvericiliyinə dəyişikliklər ediləcək
"Vergiləri tam və vaxtında ödəyən intizamlı vergi ödəyiciləri vergi orqanları tərəfindən həmişə dəstək görəcək".
 
"APA-Economics"in məlumatına görə, bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müşaviri Manaf Bayramov deyib.
 
"Əgər vergi ödəyicisi saxta bəyannamələr təqdim edirsə, vergiləri vaxtında ödəmirsə, vergidən yayınma hallarına yol verirsə, buna uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş qaydada sərt tədbirlərlə üzləşəcək", - deyə M. Bayramov vurğulayıb.

Nazir müşaviri bu ilin hərtərəfli islahatlar üçün hazırlıq ili olduğunu qeyd edib: "Vergi orqanları tərəfindən qanunvericiliyə müvafiq dəyişikliklər hazırlanır. Şəffaf uçot aparmaq üçün maneələrin aradan qaldırılması barədə vergi ödəyicilərinin təkliflərini gözləyirik".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176