AZE | RUS | ENG |

Vergi güzəştlərinin tətbiqi nağdsız dövriyyəni stimullaşdıracaq

Vergi güzəştlərinin tətbiqi nağdsız dövriyyəni stimullaşdıracaq
Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılan məbləği nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir. Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, bu maddənin tətbiqinin fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını və POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyəni genişləndirmək kimi iki əsas məqsədi var. Birinci məqsədin mahiyyəti odur ki, fiziki şəxs olan istehlakçıların ƏDV ödəyicisi olan pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən malların alınmasını stimullaşdırmaq, ƏDV ödəyicilərinin gəlirlərinin (mənfəətlərinin) artdığını göstərməklə pərakəndə ticarət və ictimai iaşə sahəsində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyicilərində ƏDV ödəyicisi olmaq üçün maraq yaratmaqdır. İkinci məqsəd POS-terminaldan istifadəni stimullaşdırmaqla nağdsız dövriyyənin genişləndirilməsi nəticəsində vergidən yayınmanın məhdudlaşdırılması və büdcəyə vergi daxilolmalarının artmasından ibarətdir. Bu maddəyə əsasən, güzəştin tətbiq edilməsi üçün ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 165.5-ci maddədə nəzərdə tutulan güzəştin tətbiqi pərakəndə satış və ictimai iaşə fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicilərinə daha çox gəlir (mənfəət) əldə etmək imkanı qazandırır. Fiziki şəxs olan istehlakçılara isə aldıqları mallara görə nağdsız qaydada ödədikləri ƏDV-nin 15 faizini, nağd qaydada ödədikləri ƏDV-nin isə 10 faizini geri almağı nəzərdə tutur.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9126
GEL 1 1 Gürcüstan larisi 0.6299
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2079
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1825
CHF 1 1 İsveçrə frankı 1.6731
KWD 1 1 Küveyt dinarı 5.5884
TRY 1 1 Türkiyə lirəsi 0.2916