AZE | RUS | ENG |

"Vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər"

"Bu gün vergi ödəyicilərinin qarşısında vergilərin vaxtında və tam ödənilməsi, vergi öhdəliklərinin şəffaflaşdırılması, uçotun dürüst aparılması və digər bir sıra tələblər qoyulub".
 
"APA-Economics"in məlumatına görə, bunu Bakı şəhəri Kiçik Sahibkarlıqla İş Departamentində qeydiyyatda olan 300-dən artıq sahibkarın iştirakı ilə keçirilən görüşdə vergilər nazirinin müşaviri Xaqani Abdullayev deyib.
 
O bildirib ki, hər bir vergi ödəyicisi öz vergi öhdəliyinə tam əməl etməli, ikili mühasibatın aparılmasına yol verməməli, vergiyə cəlb olunan dövriyyələrin gizlədilməsi, müxtəlif yollar və sxemlərlə vergidən yayınmalar tam aradan qaldırılmalıdır.

X.Abdullayevin sözlərinə görə, sənədləşmələr qaydasında olmadığı təqdirdə, vergi orqanları tərəfindən müvafiq sanksiyalar tətbiq ediləcək: "Müəyyən çətinlikləri nəzərə alınaraq, vergi ödəyicilərinə ilin sonunadək vaxt verilir. 1 yanvar 2019-cu ildən bütün vergi ödəyiciləri tam şəffaf fəaliyyət göstərməlidirlər. Keçid dövründə vergi hesablamaları və ödənişləri real vəziyyəti əks etdirməklə həyata keçiriləcək".
 
Nazirin müşaviri yeni dövrdə vergi orqanlarının da qarşısına qoyulmuş tələbləri tədbir iştirakçılarının nəzərinə çatdırıb: "Bu gün vergi orqanlarının ən ümdə vəzifəsi vergi ödəyicilərinə yüksək səviyyədə xidmət göstərməkdir. Sahibkarların öz vergi öhdəliklərini rahat yerinə yetirmələri üçün vergi ödəyicilərinə göstərilən xidmətlər onların gözləntilərinə və tələblərinə uyğun formada qurulacaq və təkmilləşdiriləcək. Vergilər Nazirliyi ödəyicilərə kifayət qədər xidmətlər təklif edir və qarşılıqlı etimad şəraitində onları eşitməyə, qanuni tələblərinə baxmağa, kömək göstərməyə həmişə hazırdır".
 
X.Abdullayev vergi ödəyiciləri ilə münasibətdə onların hüquqlarının və qanuni mənafelərinin qorunmasına xüsusi diqqət yetirildiyini vurğulayıb: "Vergi orqanlarının səlahiyyət və məsuliyyət dairəsi dəqiqləşdiriləcək. Əsaslandırılmamış maliyyə sanksiyalarına yol verməmək üçün bütün mübahisəli hallar mütləq qaydada vergi ödəyicilərinin iştirakı ilə araşdırılacaq, Apelyasiya Şurasının fəaliyyəti fəallaşdırılacaq, vergi administrasiyası daha açıq şəkildə çalışacaq".





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9314
GEL 1 1 Gürcüstan larisi 0.6377
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1474
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1875
CHF 1 1 İsveçrə frankı 1.7103
KWD 1 1 Küveyt dinarı 5.5887
TRY 1 1 Türkiyə lirəsi 0.3176