AZE | RUS | ENG |

Vergi daxilolmalarında regionların payı artır

Vergi daxilolmalarında regionların payı artır
Vergiödəyicilərinin sayı baxımından regionlarla Bakı şəhəri arasında ciddi fərqlər mövcud deyil. Lakin bu məsələdə vergiödəyicilərinin sayının müqayisəsindən daha çox Bakıda və regionlarda fəaliyyət göstərən vergiödəyicilərinin strukturuna nəzər yetirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov deyib.
Onun sözlərinə görə, vergi qanunvericiliyinin tələbləri baxımından iri vergiödəyiciləri, xüsusi vergi rejimində fəaliyyət göstərən vergiödəyiciləri, təbii inhisar subyektləri Bakı şəhəri Milli Gəlirlər Departamentində cəmlənib: "Ona görə də bu sektor üzrə regionlarla müqayisədə paytaxtda vergi daxilolmaları daha çox olur. Lakin regionlara ayrılan investisiyaların özü də ərazi vergi orqanları üzrə daxilolmalarda ciddi artımlarla müşahidə olunur. Məsələn, 2018-ci ilin daxilolmalarla bağlı göstəriciləri 2017-ci illə müqayisə etsək, görərik ki, ötən il regionlardan vergi daxilolmalarında 14 faiz artım qeydə alınıb. Bu ilin ilk 4 ayının göstəricilərini ötən ilin eyni dövrü ilə müqayisə etdikdə isə artım 24 faiz təşkil edir. Yəni bölgələrdə daha çox mikro, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərsə də, regionların vergi daxilolmalarındakı payında artım müşahidə olunur".




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9162
GEL 1 1 Gürcüstan larisi 0.5985
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1363
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1815
CHF 1 1 İsveçrə frankı 1.7269
KWD 1 1 Küveyt dinarı 5.5859
TRY 1 1 Türkiyə lirəsi 0.2968