• cümə, 19 Aprel, 18:58
  • Baku Bakı 24°C

Vengerə görə “Arsenal”a nifrət edir

19.01.18 13:10 732
Vengerə görə “Arsenal”a nifrət edir
Emmanuel Adebayor "Arsenal”dan ayrılaraq, "Siti”yə keçməsinin səbəbləri barədə danışıb.
Kaspi.az xəbər verir ki, "Arsenal” azarkeşləri "Siti”yə keçdiyinə görə, Adebayoru satqın adlandırmışdılar. Hazırda karyerasını Türkiyədə davam etdirən futbolçu bildirib ki, "Arsenal”ı məhz baş məşqçi Arsen Vengerin təkidindən sonra tərk edib:
"Vengerin otağında onunla görüşdüm. O, mənə dedi ki, özünə yeni komanda tap. Mən isə qalmaq istədiyimi bildirdim. Venger dedi ki, sənə heç bir şans verməyəcəm, ya getməlisən, ya da ehtiyatda qalacaqsan. Bundan sonra "Siti”nin təklifini qəbul etmək məcburiyyətində qaldım.
Bir neçə gündən sonra isə Arsen açıqlama verdi ki, guya mən "Siti”ni pula görə seçmişəm. Azarkeşlər də əleyhimə qalxdılar. O gündən "Arsenal”a nifrət edirəm”.
Adebayor "Arsenal”da 2006-2009-cu illərdə çıxış edib. O, "topçular”ın heyətində 142 oyun keçirib, 62 qol vurub.
banner

Oxşar Xəbərlər