• cümə, 29 Mart, 12:02
  • Baku Bakı 14°C

Venger qadınların da peyda olacağına əmindir

11.08.17 11:40 1719
Venger qadınların da peyda olacağına əmindir
Artıq Avropanın bir sıra ölkələrində komandalara qadın məşqçilər rəhbərlik edir.
Kaspi.az xəbər verir ki, ingiltərəli jurnalistlər Premyer Liqada qadın məşqçilərin olub-olmayacağı ilə bağlı "Arsenal”ın baş məşqçisi Arsen Vengerə sual veriblər. Venger yaxın zamanlarda bunun reallaşacağına əmin olduğunu bildirib:
"Əminəm, yaxın zamanlarda İngiltərə Premyer Liqasında da qadın məşqçilər peyda olacaqlar”.
Venger Fransanın 2-ci divizionunda çalışan 43 yaşlı Korrin Dyakrı da misal çəkib. Onun rəhbərlik etdiyi "Klermon” yeni mövsümdə keçirdiyi 2 oyunda 4 xal toplayıb.
banner

Oxşar Xəbərlər