• şənbə, 20 Aprel, 09:19
  • Baku Bakı 14°C

Venger onunla 3 saat söhbət etdi

12.07.17 14:50 1391
Venger onunla 3 saat söhbət etdi
"Arsenal” "Monako”nun gənc ulduzu Kilian Mbappeni transfer etmək arzusundan əl çəkmir.
Kaspi.az xəbər verir ki, "topçular”ın fransız baş məşqçisi Arsen Venger 18 yaşlı hücumçunu dilə tutmaq üçün Parisə yollanıb. Bu barədə məlumatı "France Football” yayıb.
Xəbərdə bildirilir ki, Venger Mbappe ilə paytaxtdakı restoranların birində 3 saat söhbət edib. Venger Kilianı London klubuna gəlmək üçün dilə tutub.
Hazırda Premyer Liqa təmsilçisi gənc futbolçundan cavab gözləyir. "Arsenal”ın Mbappe üçün 135 milyon avro ödəməyə hazır olduğu deyilir.
18 yaşlı futbolçunun xidmətində "Real” və "Mançester Siti” də maraqlıdır.
banner

Oxşar Xəbərlər