• cümə, 29 Mart, 09:58
  • Baku Bakı 5°C

Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib

22.02.19 11:30 302
Venesuelanın ABŞ-dakı 56 diplomatından 11-i müxalifət tərəfə keçib
Venesuela Milli Assambleyasının lideri Xuan Quaidonun Vaşinqtondakı nümayəndəsi Karlos Vekkyo Bolvar Respublikasının Birləşmiş Ştatlarda işləyən56 diplomatından 11-nin müxalifət tərəfə keçdiyini bildirib.
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, həmin diplomatlarla işləməyə hazır olduqlarını deyib.
"Biz keçmiş rejimin 56 diplomatından 11-ni öz diplomatik missiyamıza qəbul edirik. Onlarla işləməyə hazırıq", - deyə o bildirib.
Həmçinin Quaido tərəfindən təyin edilmiş səfir müşaviri Qustavo Markanonun sözlərinə görə,müxalifət nümayəndələri respublikanın ABŞ-dakı hesab və mülkiyyətlərini dondurmağa müvəffəq olublar.
Daha əvvəlVenesuelanın Braziliya ilə sərhədi bağladığıməlum olub.
banner

Oxşar Xəbərlər