• cümə, 26 Aprel, 22:27
  • Baku Bakı 22°C

Venesuela və İran neftin qiymətinin sabitləşdirilməsi yollarını müzakirə ediblər

28.08.16 09:38 791
Venesuela və İran neftin qiymətinin sabitləşdirilməsi yollarını müzakirə ediblər
Venesuela və İran neftin qiymətini sabitləşdirə və OPEK-i gücləndirə biləcək vasitələr üzrə konsensus axtarmağı davam edirlər.

APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə. Bu barədə Venesuela prezidenti Nikolas Maduro İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə görüşdən sonra bildirib.

"Biz neft bazarının sabitləşdirilməsi, neft sənayesinin gücləndirilməsi, OPEK-in gücləndirilməsi məsələsində ümumi zəmin tapmağa və konsensusa nail olmağa çalışırıq”, - deyə Maduro bildirib.

O həmçinin Venesuelanın neft və XİN rəhbərlərinin məsələ ilə bağlı mühüm bəyanatlar verəcəklərini qeyd edərək detalları açıqlamayıb.
banner

Oxşar Xəbərlər