• çərşənbə, 24 Aprel, 03:15
  • Baku Bakı 14°C

Venesuela Prezidentinə sui-qəsdin təşkilatçılarının bir hissəsi tutulub

05.08.18 17:19 363
Venesuela Prezidentinə sui-qəsdin təşkilatçılarının bir hissəsi tutulub
Venesuela Prezidenti Nikolas Maduroya sui-qəsdin təşkilatçılarının bir hissəsi artıq saxlanılıb. Bu barədə xalqa televiziyadan ünvanladığı müraciətində dövlət başçısının özü bildirib.
AZƏRTACTürkiyənin NTV telekanalına istinadla xəbər verir ki, Maduro hücumun "qatı sağçı” qruplaşmalar tərəfindən həyata keçirildiyini və həmin qruplaşmaların Kolumbiya və ABŞ-la əlaqəli olduğunu deyib.
Kolumbiya Prezidenti Xuan Manuel Santos isə açıqlamasında ittihamların əsassız olduğunu bildirib.
Son məlumata görə, Maduroya sui-qəsd cəhdinə görə məsuliyyəti "Flanel əsgərlər” gizli qrupu öz üzərinə götürüb.
Xatırladaq ki, Karakasda Milli Qvardiyanın yaranmasının 81-ci ildönümünə həsr olunmuş mərasimdə çıxışı zamanı Prezident Nikolas Maduroya pilotsuz uçan aparatla sui-qəsdə cəhd edilib. Lakin polis PUA-nı vaxtında zərərsizləşdirməyə nail olub. Hadisə nəticəsində Prezident və onun yaxınları xəsarət almayıb. Lakin mərasimə qatılan 7 əsgər yaralanıb.
banner

Oxşar Xəbərlər