Venesuela Kolumbiya ilə diplomatik münasibətləri kəsib
Venesuela Kolumbiya ilə diplomatik və siyasi münasibətləri kəsib.
AZƏRTAC"figaro.fr” saytına istinadla bildirir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro tərəfdarları qarşısında çıxışı zamanı bəyan edib.
O bildirib ki, Kolumbiya səfirliyinin və konsulluğunun əməkdaşlarına ölkəni tərk etmələri üçün 24 saat vaxt verilib.