• cümə, 29 Mart, 00:24
  • Baku Bakı 7°C

Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib

29.06.19 16:45 642
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər KollegiyasındanAZƏRTAC-a bildiriblər ki, iclasda kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarının şifahi mərhələsinin gedişi, habelə Azərbaycan vəkilliyinin 100 illik yubileyinə hazırlıq işləri barədə iclas iştirakçılarına məlumat verib.
İclasda vəkillərin başqa vəkil qurumuna keçməsi, bir sıra vəkillərin mükafatlandırılması və s. məsələlərə baxılıb, Bakıda və regionlarda fəaliyyət göstərən vəkil qurumları və fərdi vəkillərin iyul ayı üçün növbətçilik cədvəli təsdiqlənib. Bundan başqa, vəkilliyə qəbulla bağlı ixtisas imtahanlarından müvəffəqiyyətlə keçmiş və icbari təlimi başa vurmuş vəkilliyə namizədlərin kollegiya üzvlüyünə qəbulu məsələsinə baxılıb və müsbət qərar verilib. Həmin şəxslər iclasda vəkil andı içiblər.
İclasda "Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilməli olan xidmət haqqının nağdsız formada ödənilməsi barədə” Qaydalar təsdiq edilib. Nağdsız hesablaşmaların oktyabrın 1-dən etibarən tətbiq edilməsi qərara alınıb. Bundan əlavə, vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillərə iyulun 30-da Azərbaycan vəkilliyinin 100 illiyi münasibətilə vətəndaşlara pulsuz hüquqi yardımın göstərilməsi, aztəminatlı ailələrə və sosial təyinatlı obyektlərə baş çəkilməsi tövsiyə edilib.
banner

Oxşar Xəbərlər