• cümə, 26 Aprel, 04:59
  • Baku Bakı 16°C

Vəkillər Kollegiyası ədalət mühakiməsinin təmin olunmasına öz töhfəsini verəcək

11.04.19 12:00 472
Vəkillər Kollegiyası ədalət mühakiməsinin təmin olunmasına öz töhfəsini verəcək
Azərbaycan dünyada az ölkələrdəndir ki, Vəkillər Kollegiyası Məhkəmə-Hüquq Şurasında təmsil olunur.
Bunu Trend-ə bir neçə gün öncə Məhkəmə-Hüquq Şurasına üzv seçilən, Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
O bildirib ki, bu, ölkədə vəkillərə verilən dəyərdir: "Əslində bu gün vəkillər məhkəmə-hüquq sistemində çox mühüm rola malikdir. Çünki ədalət mühakiməsi güclü vəkilsiz mümkün deyil. Vəkillər Kollegiyasının nümayəndəsinin Məhkəmə-Hüquq Şurasında təmsil olunması ilk növbədə vəkillərin bu islahatlarda iştirakı deməkdir. Eyni zamanda bu, mövcud problemlərin aradan qaldırılmasına kömək edəcək. Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri çox genişdir. Vəkillər Kollegiyasının Məhkəmə-Hüquq Şurasında təmsil olunması həm vəkillərin nüfuzunu artırır, həm də məhkəmə hakimiyyətinin idarə edilməsi üçün də çox əhəmiyyətli və vacibdir".
A.Bağırov əlavə edib ki, Vəkillər Kollegiyası Məhkəmə Hüquq-Şurasında təmsil olunmaqla ədalət mühakiməsinin yüksək standartlarla təmin olunmasdına öz töhfəsini verəcək".
banner

Oxşar Xəbərlər