• cümə axşamı, 28 mart, 15:19
  • Baku Bakı 16°C

Vəkillər Kollegiyası 2 vəkilə intizam tənbeh tədbiri qismində irad tutub

17.05.18 15:15 822
Vəkillər Kollegiyası 2 vəkilə intizam tənbeh tədbiri qismində irad tutub
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib.
Vəkillər Kollegiyasından APA-ya verilən məlumata görə, iclasda tədbir iştirakçılarına Rəyasət Heyətinin cari fəaliyyəti və vəkilliyə qəbul üzrə hazırda görülən işlərin vəziyyəti barədə məlumat verilib.
Daha sonra iclasın gündəliyinə əsasən, bir sıra vəkillərin müraciətlərinə baxılaraq fərdi vəkilliyə keçmə, məsləhətxana üzrə iş yerinin dəyişməsi, habelə fəaliyyətində fərqlənmiş vəkillərin mükafatlandırılması barədə müvafiq qərarlar qəbul olunub.
İclasda həmçinin, Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb, "Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun və Vəkillərin davranış qaydaları haqqında Əsasnamənin tələblərinin pozulması hallarına yol verdiklərinə görə 2 vəkilə intizam tənbeh tədbiri qismində irad tutulub.
banner

Oxşar Xəbərlər