AZE | RUS | ENG |

Vəkil: "Çox güman ki, Lapşin İsrailə sabah göndəriləcək”

Vəkil:
"Aleksandr Lapşinin səhhəti ilə bağlı məlumat əldə etdim. Mərkəzi Klinik Xəstəxanadan bildirildi ki, onun səhhəti normaldır".
 
Bunu APA-ya açıqlamasında Aleksandr Lapşinin vəkili Eduard Çernin deyib. O bildirib ki, A. Lapşinin İsrailə deportasiya edilməsi üçün artıq bütün sənədlər hazırdır: "Yalnız təyyarə ilə bağlı dəqiq məlumat yoxdur. İsrailə reys sabah olduğu üçün çox güman ki, Lapşin sabah İsrailə deportasiya ediləcək".
 
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün Aleksandr Lapşinin əfv edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 20 iyul tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş İsrail vətəndaşı Lapşin Aleksandr Valeryeviç cəza çəkməkdən azad edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0038
GEL 1 Gürcü larisi 0.6891
GBP 1 İngilis funt sterlinqi 2.3714
TRY 1 Türk lirəsi 0.4488
KWD 1 Küveyt dinarı 5.6678
SEK 1 İsveç kronu 0.2089
EUR 1 Avro 2.0914
CHF 1 İsveçrə frankı 1.8180
USD 1 ABŞ dolları 1.7001