• cümə, 29 Mart, 14:54
  • Baku Bakı 14°C

Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb

14.05.18 11:40 685
Vəkil adından qanunsuz istifadə halları aşkarlanıb
Ölkədə bir çox fiziki və hüquqi şəxsin vəkil adından qanunsuz istifadə halları aşkarlanıb.
Bu barədəAPA-ya Vəkillər Kollegiyasında bildirilib. Məlumata görə, son zamanlar bununla bağlı müşahidələr aparılıb, o cümlədən Vəkillər Kollegiyasının Rəyasət Heyətinə çoxsaylı şikayət daxil olub. Bildirilib ki, belə hallar vətəndaşların və digər şəxslərin keyfiyyətli hüquqi yardım almasına maneçilik törətməklə bərabər, vəkilliyin nüfuzuna mənfi təsir göstərməkdədir.
Qeyd olunan problemin həlli, habelə vəkil adından qanunsuz istifadə hallarının qarşısının alınması ilə bağlı Vəkillər Kollegiyası Rəyasət Heyətinin Aparatının əməkdaşları və Vəkillərin İntizam Komissiyasının üzvləri tərəfindən ölkə üzrə müəyyən araşdırmalar aparılıb, habelə Vəkillər Kollegiyasının adına əqli mülkiyyət hüququ əsasında rəsmi qeydiyyatdan keçmiş bir sıra ifadələrdən, eləcə də vəkil adından qanunsuz istifadə hallarının aradan qaldırılması istiqamətində qanunla müəyyən olunmuş qaydada zəruri tədbirlər görülüb.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti bildirir ki, vəkillik təsisatının nüfuzunun artırılması, vətəndaşlarımızın və digər şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnun təmin olunması məqsədilə araşdırma tədbirləri bundan sonra da davam etdiriləcək və vəkil adından qanunsuz istifadə halları ilə qətiyyətlə mübarizə aparılacaq.
banner

Oxşar Xəbərlər