“Vəfat edənlər üçün 7, 40 keçirməyin dini əsası yoxdur!”

“Vəfat edənlər üçün 7, 40 keçirməyin dini əsası yoxdur!”

Təfsilat
12 Dekabr 2012, 13:38 1334
Türkiyə Dini İşlər Komitəsi vəfat edənlərin yaxınlarının 7, 40 və 52 keçirməsinin heç bir dini əsası olmadığını açıqlayıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə Dini İşlər Komitəsinin rəsmi saytında o da qeyd edilib ki, vəfat edəndən sonra 7, 40 və 52-ci günlərlə bağlı xüsusi dualar da yoxdur.

Türkiyə Dini İşlər Komitəsi bildirir ki, ölən şəxsin müsəlman kimi yuyularaq kəfənlənməsi və cənazə namazı qılınaraq dəfn edilməsi lazımdır: “Bundan başqa, heç bir məcburi mərasim yoxdur. Ancaq savabı ölən şəxsin ruhuna bağışlanması üçün müxtəlif vəsilələrlə dualar edilə bilər. Məsələn, ölən şəxsin yaxınları sədəqə verə bilərlər”.