• çərşənbə axşamı, 23 aprel, 18:22
  • Baku Bakı 20°C

Vəfa Zeynalova cavab verdi: “Onlara ayıb olsun...“

22.08.13 13:47 4066
Vəfa Zeynalova cavab verdi: “Onlara ayıb olsun...“
Son vaxtlar “İlahi məxluq” filmindəki erotik səhnəsi ilə gündəmdən düşməyən aktrisa Vəfa Zeynalova yazılanları özünə qarşı “qara piar” adlandırıb.
Axşam.az-ın məlumatına görə, “APA TV”də yayımlanan “Səhər” verilişinə qonaq olan aktrisa bu söz-söhbətlərin onu ruhdan salmadığını deyib:
“Əgər bu, filmin çəkiliş qrupunun piarı idisə, onlara ayıb olsun. Mən bu cür ucuz piarlara qaçmıram. Belə söz-söhbətlər məni ruhdan salmır. 16 ildir sənətdəyəm, həmişə peşəmi sevmişəm, bir iş görəndə ona canımı, ruhumu qoyuram. Tamaşaçını məcbur edəcəm ki, mənim sənətimə hörmətlə yanaşsınlar. Mənim ünvanıma tənqidlər yazanlar bu həyatda heç nəyə nail olmayan, xalqın lazımsız parçasıdırlar. Belələrinə önəm vermirəm”.
banner

Oxşar Xəbərlər