• şənbə, 30 Mart, 11:46
  • Baku Bakı 10°C

Vəfa Babayeva: “Erotik səhnəyə çəkilməkdən zövq alıram“

06.11.14 17:06 6385
Vəfa Babayeva: “Erotik səhnəyə çəkilməkdən zövq alıram“
Aktrisa "Günaydın" verilişində qonaq olub. Gənc aktrisa "Qisas" filmində çəkildiyi açıq-saçıq görüntülərindən danışıb: "Mən aktrisayam. Rejissor mənə hansı rolu təklif edirsə, çəkilirəm. Açıq-saçıq səhnəyə çəkinmədən çəkildim. Erotik səhnəyə çəkilməkdən zövq alıram. Əslində o filmdə çox da açıq-saçıq səhnə yoxdur. Sadəcə təcavüz səhnəsi var. "Fatmagülün suçu nə?" serialına bənzədirlər. Orada mənim bədənim tam göstərilmir. Bu səhnəmə görə çox tənqidlər eşitdim. Hətta avtobusa minməyə utanırdım. Buna görə məcbur olub hər yerə taksi ilə gedirəm. Hamı bu səhnəmi mentalitetə qarşı çıxartdı. Əmin olun, mənə pis gözlə baxan kişilər həmin səhnəmə dörd gözlə baxıb. Bu, mənim ilk çəkildiyim erotik film deyil. Bundan öncə daha bir açıq-saçıq səhnəm olub. Lakin o filmin Bakıda yayılmağına icazə vermədim. Ora tam çılpaq çəkilmişəm". (gecce.az)
banner

Oxşar Xəbərlər