Vəd verdi, “Real”da qalacaq
"Real”ın
futbolçusu Marselo komandanı tərk edəcəyi ilə bağlı yayılan məlumata münasibət
bildirib.
Kaspi.az xəbər
verir ki, mətbuatda yayılan məlumatda Marselonun "Yuventus”a keçəcəyi
vurğulanırdı. Guya braziliyalının alınmasını Kriştiano Ronaldo tövsiyə edib.
Amma Marselo bu məlumatı təkzib edib və karyerasının sonuna qədər "Real”da
qalacağını bildirib:
"Mən çox
axmaqlıqlar eşitmişəm. Karyeramın sonunadək "Real”da qalacağam. Bəzi insanlar
ictimai rəydə lider olmaq istəyir və sadəcə, heç bir əsası olmayan şeylər
haqqında danışırlar. Mən indiyə qədər çox cəfəngiyatlar gördüm və oxudum”.