• cümə axşamı, 25 aprel, 18:41
  • Baku Bakı 21°C

Vea, Klyuvert və yen də o

02.10.18 10:25 656
Vea, Klyuvert və yen də o
"Golden Boy” mükafatına namizədlərin adları bəlli olub.
Kaspi.az xəbər verir ki, ilkin siyahıda 40 nəfərin adı var. "Golden Boy” Avropanın 21 yaşa qədər ən yaxşı futbolçusuna təqdim olunur.
Namizədlər arasında PSJ-niun futbolçusu Kilian Mbappe də var. Mbappe ötən il bu mükafatı qazanmışdı.
"Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold, "Milan”ın hücumçusu Patrik Kutrone, Dortmund "Borussiya”sının futbolçuları Aşraf Hakimi və Kristian Palisik, "Yuventus”lu Moyze Kin, Patrik Klyuvertlə Corc Veanın oğlanları da namizədlər arasındadır.
Noyabrın 1-də münsiflər heyəti namizədlərin sayını 20-yə qədər azaldacaq. Mükafatlandırma mərasimi isə dekabr ayında keçiriləcək.
banner

Oxşar Xəbərlər