• cümə axşamı, 25 aprel, 08:30
  • Baku Bakı 14°C

“Və s. Və s. Və s.” kitabı təqdim olundu

05.06.15 16:39 1207
“Və s. Və s. Və s.” kitabı təqdim olundu
Bakı Uşaq Teatrının direktoru-bədii rəhbəri, aktyor, rejissor İntiqam Soltanın ikinci kitabı olan “Və s. Və s. Və s.” kitabının təqdimatı və imza günü keçirildi. Tədbir kitabevim.az kitab marketində keçirildi. İmza gününə gələnlər İntiqam Soltanın əsasən cəmiyyətdə rast gəlinən nöqsanlara qarşı qırmanclayıcı münasibətini əks etdirən hekayələri, felyetonları, müşahidələri, şeirlərinin və s. yer aldığı kitabı maraqla qarşıladılar.
Təqdimatda Bakı Uşaq Teatrının aktyorlarının ifasında müəllifin kitabından parçalar səsləndirildi.
Qeyd edək ki, müəllifin ilk kitabı - “Səndən xəbərsiz” 2014-cü ilin mayında işıq üzü görüb.
Aygün
banner

Oxşar Xəbərlər