• çərşənbə axşamı, 16 aprel, 22:18
  • Baku Bakı 18°C

“VAZ-2107”-nin vurduğu velosipedçi dünyasını dəyişdi

12.11.13 09:10 1232
“VAZ-2107”-nin vurduğu velosipedçi dünyasını dəyişdi
Noyabrın 7-də səhər saatlarında Quba rayonunun İkinci Nügədi kəndində avtomobil tərəfindən vurulan velosipedçi bu gün səhər saatlarında dünyasını dəyişib.
APA-nın yerli bürosunun xəbərinə görə, 1974-cü il təvəllüdlü Eldəniz Əlihüseynov həmkəndlisi Rəşid Kərimulla oğlu Qasımovun idarə etdiyi 90 KH 604 dövlət nömrə nişanlı “VAZ-2107” markalı avtomaşın tərəfindən vurulub. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Quba rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
banner

Oxşar Xəbərlər