AZE | RUS | ENG |

Vaxtından əvvəl doğulmağın ürəyə təsiri

Vaxtından əvvəl doğulmağın ürəyə təsiri
Uşaqların təqribən 10 faizi 37-ci həftədən əvvəl doğulur. Bu körpələrə vaxtından əvvəl doğulan uşaqlar deyilir. Vaxtından əvvəl doğulmaq bəzi sağlamlıq problemlərinə səbəb olduğu kimi, vaxtından əvvəl doğulan uşaqların ürək-damar sistemində də ciddi problemlər ortaya çıxa bilir. Bu yazıda vaxtından əvvəl doğulan uşaqlarda ortaya çıxa biləcək ürək-damar problemləri haqqında məlumat verəcəyəm.

İnsan orqanlarının inkişafının böyük qismi ana bətnində baş verdiyi üçün vaxtından əvvəl doğulan uşaqlarda bu proses uşaq doğulduqdan sonra da davam edir. İnkişafını uşaq doğulduqdan sonra davam etdirmək məcburiyyətində qalan orqanlardan biri də ürəkdir. Uşaq ana bətnində ikən ürək hüceyrələri çoxalaraq onu inkişaf etdirməyə çalışır. Ürək hüceyrələrinin normal və arzu edilən qədər çoxalması üçün uşağın müəyyən müddətə qədər ana bətnində qalması lazımdır. Uşaq doğulduqdan sonra ürək hüceyrələrində çoxalma olmur. Vaxtından əvvəl doğulmaqla ürək hüceyrələrinin çoxalmasının qarşısı alınır. Bu da ürəyin zəyifləməsinə səbəb olur və gələcəkdə bəzi ürək-damar problemlərinin ortaya çıxma risqini artırır. Vaxtından əvvəl doğulan uşaqların ürək ölçüləri daha kiçik olur.  
 
Hipertoniya (yuxarı qan təzyiqi xəstəliyi) risqi artır

Böyrəklər qan təzyiqinin tənzimlənməsində rol oynayan ən önəmli orqanlardandır. Bütün orqanlarda olduğu kimi, böyrəklərin də yaxşı inkişaf etməsi (tibbi adı "glomerulogenezis’’dir) üçün uşağın müəyyən müddətə qədər ana bətnində qalması lazımdır. Vaxtından əvvəl doğulan uşaqlarda böyrəklər zəif inkişaf edir (qan təzyiqinin tənzimlənməsində xüsusi rol oynayan böyrək "nefron’’ larının sayı azalır). Böyrəklərdə olan hər hansı bir problem də qan təzyiqinin tənzimlənməsində ciddi problemlər ortaya çıxara bilir. Vaxtından əvvəl doğulan uşaqlarda yetkinlik və gənclik yaşlarında hipertoniya xəstəliyinin ortaya çıxma risqi artır. Hətta hipertoniyanın ortaya çıxması uşağın doğum çəkisindən asılı deyil. Yəni vaxtından əvvəl doğulmaq hipertoniyanın ortaya çıxma risqini çəkidən asılı olmayaraq artırır. Vaxtından əvvəl doğulan uşaqlar həyatlarının sonrakı illərində hipertoniyanın ortaya çıxma riskini azaltmaq üçün mütləq sağlam həyat tərzi keçirməlidirlər. Bunlardan ən önəmlisi duz istifadəsinin azaldılmasıdır. Gündə maksimum 5 qr (bir çay qasığı qədər) duz istifadə etmək lazımdır. Ən önəmlisi, duz qaynağı olan turşulardan və konservləşdirilmiş qidalardan çox istifadə edilməməli, mümkün olduqca uzaq durulmalıdır. O cümlədən hisə verilmiş, qurudulmuş ət və ət məhsullarından da uzaq durulmalıdır. Spirtli içkilərin müəyyən miqdardan çox içilməsi həm hipertoniya xəstəliyinə tutulma riskini artırır, həm də hipertoniya xəstələrində təzyiqin daha yüksək olmasına səbəb olur.  Əsla siqaret çəkilməməli, kök insanlar arıqlayaraq ideal çəkilərində qalmalı və mütəmadi şəkildə idmanla məşğul olmalıdırlar.
 
Ürək çatışmazlığının ortaya çıxma risqi yüksəlir

32-ci həftədən əvvəl doğulan uşaqların hayatlarının sonrakı illərində ürək çatışmazlığının ortaya çıxma risqi artır. Ancaq 32 və 36-cı həftələr arasında doğulan uşaqlarda belə bir risq yoxdur. 28 ci həftədən əvvəl doğulanlarda ürək çatışmazlığının ortaya çıxma risqi 17 dəfə yüksəlir. 28-ci ilə 31-ci həftələr arasında doğulan uşaqlarda bu risq 3.5 dəfə yüksəkdir. Qısası, vaxtından əvvəl doğulmaq ürək çatışmazlığı üçün bir risq faktorudur.
 
Son söz: Vaxtından əvvəl doğulmaq ürək-damar xəstəlikləri üçün bir risk faktorudur və belə uşaqların ürək-damar sistemində ciddi problemlərin ortaya çıxması mümkündür. Ona görə də vaxtından əvvəl doğulan uşaqların ürək sağlamlıqları ilə bağlı daha diqqətli olmaq zəruridir.
 
Yalçın Velibey
Kardiologiya uzmanı


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6495
GBP 1 İngilis funt sterlinqi 2.2354
TRY 1 Türk lirəsi 0.2664
KWD 1 Küveyt dinarı 5.6142
SEK 1 İsveç kronu 0.1909
EUR 1 Avro 1.9848
CHF 1 İsveçrə frankı 1.7632
USD 1 ABŞ dolları 1.7000