• cümə, 29 Mart, 02:22
  • Baku Bakı 7°C

Vaxtilə ölkəni biabırçı vəziyyətə salan qüvvələrin bu gün hansısa fikir yürütməyə mənəvi haqqı çatmır

11.01.20 14:22 517
Vaxtilə ölkəni biabırçı vəziyyətə salan qüvvələrin bu gün hansısa fikir yürütməyə mənəvi haqqı çatmır
Radikal müxalifət Azərbaycanın uğurları və yüksək nailiyyətlərinə kölgə salmağı qarşısına məqsəd qoyub.
Bunu Trend-ə açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycanın uğurları radikal müxalifətə sərf etmir. Onlar üçün Azərbaycanın nailiyyətlərini qaralamaq əsas motivlərdəndir:
"Radikal müxalifətin hakimiyyətdə olduğu dövrdə Azərbaycan böyük problemlər məngənəsində idi. Onların bəd əməlləri xalqımızın yaddaşından silinməyib. AXC-Müsavat cütlüyünün hakimiyyəti bizim üçün bir biabırçılıq dövrü idi. Onların əsas məqsədi varlanmaq, talamaq, oğurlamaq, satmaq idi. O dövrdə Azərbaycan vətəndaşları böyük sosial problemlərlə üzləşmişdilər. İnflyasiya min faizdən çox idi. Eyni zamanda, ölkədə vətəndaş müharibəsi gedirdi. Ona görə də vaxtilə ölkəni biabırçı vəziyyətə salan qüvvələrin bu gün hansısa fikir yürütməyə mənəvi haqqı çatmır".
A.Mirzəzadə deyib ki, 1993-cü ildə sonra Azərbaycanın inkişafı üçün çox böyük işlər görüldü. Bunun da nəticəsi göz qabağındadır:
"Bu gün Prezident İlham Əliyevin daxili və xarici siyasəti Azərbaycanın maraqlarımızı beynəlxalq aləmdə gücləndirir. İşğal altında olan torpaqlarımızın azad olunması üçün çox mühüm işlər görülür. Güclü ordu, güclü iqtisadiyyat yaradılıb, dövlətin bu məsələdə mövqeyi birmənalıdır. Ordumuzun maddi-texniki təminatı üçün çox böyük işlər görülüb, hərbi qulluqçuların sosial problemlərinin həlli dövlətin diqqətindədir. Bu gün orduda döyüş əhval-ruhiyyəsi kifayət qədər yüksəkdir. Aprel döyüşləri, Naxçıxanda yüksəkliyin geri alınması, ötən ilin may ayında Qazax rayonunda bir çox yüksəkliklərin nəzarətə götürülməsi və sair nailiyyətlər buna əyani sübutdur".
A.Mirəzadə əlavə edib ki, radikal müxalifət xarici dairələrdən tapşırıq alaraq bu nailiyyətlərə kölgə salmağa çalışır. Bu isə onların əsl mahiyyətini göstərir:
"Həmin bu adamlar bu gün müxalifətçiliyi inhisara götürüblər. Çünki bunlar xaricdən idarə olunur. Cəmiyyətdə isə onların heç bir hörməti yoxdur. Xalq artıq onlara dəstək vermir. Çünki xalq da artıq onların Azərbaycanın inkişafına kölgə salmaq istədiyini görür".
banner

Oxşar Xəbərlər