• çərşənbə, 24 Aprel, 05:38
  • Baku Bakı 14°C

Vaterpolda da belə məğlubiyyət olar?

15.07.19 12:13 16514
Vaterpolda da belə məğlubiyyət olar?
Cənubi Koreyada vaterpol üzrə dünya çempionatı keçirilir.
Kaspi.az xəbər verir ki, çempionatda mundiallar tarixində rekord qeydə alınıb. Macarıstan yığması meydan sahiblərinə 64:0 hesabı ilə qalib gəlib.
Məlum olub ki, Cənubi Koreya yığmasının heyətində çıxış edənlər vaterpolçular olmayıb. Onlar sabiq üzgüçülərdir. Təxminən ay yarım əvvəl bir yerə yığışıblar. İlk məşqlərini isə iyunun 2-də keçiriblər.
Maraqlıdır ki, Cənubi Koreya yığmasının baş məşqçisi komandası ilə qürur duyduğunu bildirib. O deyib ki, növbəti qarşılaşmada yetirmələrinin ilk qolu vuracaqlarına inanır.
Cənubi Koreya növbəti görüşdə Rusiya ilə qarşılaşacaq.
banner

Oxşar Xəbərlər