• cümə, 29 Mart, 14:44
  • Baku Bakı 14°C

Vaşinqtona getdi, tibbi müayinədən keçib...

24.05.18 12:00 709
Vaşinqtona getdi, tibbi müayinədən keçib...
"Everton”un futbolçusu Ueyn Runi karyerasını ABŞ-da davam etdirməyə çox yaxındı.
Kaspi.az xəbər verir ki, Runi "Di-Ci-Yunayted”lə danışıqlar aparır. Futbolçu artıq Vaşinqtona gəlib. O, tibbi müayinədən keçdikdən sonra müqavilə bağlayacaq.
Bir müddət əvvəl məlumat yayılmışdı ki, ABŞ klubu Runiyə 2 illik müqavilə təklif edib. Tərəflər razılıq əldə edəcəkləri təqdirdə, futbolçunun illik məvacibi 5 milyon dollar olacaq.
Runi bu mövsüm Premyer Liqada 31 oyunda meydana çıxıb, 10 qol vurub, 2 qol ötürməsi edib.
banner

Oxşar Xəbərlər