• cümə axşamı, 25 aprel, 11:05
  • Baku Bakı 14°C

Vaşinqton Rusiyanı Suriyada sülh prosesini pozmaqda ittiham edib

15.04.18 11:45 699
Vaşinqton Rusiyanı Suriyada sülh prosesini pozmaqda ittiham edib
ABŞ hesab edir ki,Suriyada kimyəvi silahların məhv etdirilməsində beynəlxalq zəmanətçi qismində çıxış etmiş Rusiya Federasiyası üzərinə götürdüyü öhdəlikləri icra edə bilməyib. Bu isəSuriyada hərbi əməliyyatın keçirilməsi ilə nəticələnib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə brifinq zamanı ABŞ prezidenti administrasiyasının yüksək vəzifəli nümayəndəsi bildirib.
"RusiyanınSuriyada kimyəvi silahların məhvində zəmanətçi qismində iflasa uğradığı tam aydındır. Prezident Rusiyanın növbəti dezinformasiya kampaniyası keçirməsini gözləməməyə qərar verdi”, - deyə o qeyd edib.
ABŞ, Britaniya və Fransa aprelin 14-nə keçən gecəSuriyanın hərbi və mülki obyektlərinə 100-dən çox raket buraxıb. Rusiya tərəfi iddia edir ki,SuriyaHavaHücumundan Müdafiə sistemləri raketlərin əksəriyyətini hədəfə çatmadan məhv edib.
banner

Oxşar Xəbərlər