• cümə, 19 Aprel, 17:27
  • Baku Bakı 25°C

Vaşinqton meri AXC-nin 100 illiyi ilə bağlı Bəyannamə imzalayıb

05.06.18 09:45 549
Vaşinqton meri AXC-nin 100 illiyi ilə bağlı Bəyannamə imzalayıb
ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel BouzerAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar olaraq bəyannamə imzalayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, Bəyannamədə 1918-ci il 28 may tarixində Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulması və dünyanın digər demokratik dövlətləri, o cümlədən ABŞ tərəfindən tanınması bildirilib.
Qeyd edilib ki, Azərbaycan son 25 il ərzində öz suverenlik və müstəqilliyini möhkəmləndiribvə hazırda Xəzər regionunda ABŞ-ın müttəfiqi və strateji tərəfdaşıdır. Azərbaycanın ABŞ-dakı səfirliyinin Vaşinqton şəhəri ilə tərəfdaşlıq etdiyini və şəhərin təhsil və mədəniyyətin müxtəlifliyinə öz töhfələrini verdiyi vurğulanıb.
Mer Bouzer imzaladığı bəyannamədəAzərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü il yubileyində dünyada yaşayan milyonlarla və ABŞ-da yaşayan on minlərlə Azərbaycanlı tərəfindən 28 May tarixinin Milli Gün olaraq qeyd edildiyini və Vaşinqton şəhərində Azərbaycan Milli Günü elan etdiyini bildirib.
banner

Oxşar Xəbərlər