• şənbə, 20 Aprel, 06:24
  • Baku Bakı 14°C

Vaşinqton: İranın raket istehsal etməsi BMT TŞ-in qətnamələrinə ziddir

15.12.17 09:10 1759
Vaşinqton: İranın raket istehsal etməsi BMT TŞ-in qətnamələrinə ziddir
"İran nüvə sazişinin arxasında gizlənərək vəBMTTŞ-in müvafiq qətnamələrini pozaraq raket istehsal edir”. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ınBMT-dəki daimi nümayəndəsi Nikki Xeyli bildirib.
"Hamının diqqəti nüvə sazişindədir, İran isə onun arxasında gizlənərək, daim sazişdən çıxacağı ilə hədələyir”, - deyə N.Xeyli mətbuat konfransında bildirib.
N.Xeyli növbəti dəfə İranı bu ölkəyə raket istehsalını qadağa edənBMTTŞ-in qətnamələrini pozmaqda ittiham edib.
"Nüvə sazişi vacibdir, lakinBMTTŞ-in qərarları da mühümdür”, - deyə o qeyd edib.
banner

Oxşar Xəbərlər