Vaşinqton Ər-Riyada hərbi yardımı azaldacaq
ABŞ hakimiyyəti Yəməndə dinc sakinlərin bombalanmasına görə Səudiyyə Ərəbistanına hərbi yardımı azaltmağı qərara alıb.
APA-nın "Reuters”ə istinadən verdiyi xəbərə görə, Vaşinqton Səudiyyə Ərəbistanı Silahlı Qüvvələrinin endirdiyi aviazərbələrin dəqiqliyində ciddi problemlərin olması səbəbindən krallığa yüksək dəqiqlikli aviasiya döyüş sursatlarının satışını dayandıracaq.