• cümə, 29 Mart, 14:57
  • Baku Bakı 14°C

Varşavada Azərbaycan məhsulları nümayiş olunur

15.11.19 11:15 620
Varşavada Azərbaycan məhsulları nümayiş olunur
Polşanın paytaxtında işə başlayan Variety Bazaar festivalı çərçivəsində müxtəlif ölkələrin istehsalları olan ərzaq məhsullarının nümayişi və satışı həyata keçirilir.
AZƏRTACxəbər verir ki, yarmarkada Azərbaycan istehsallı zeytun, ədviyyatlar, halva, bal və delikateslər, habelə milli ornamentli tekstil məhsulları yer alıb. Ümumilikdə satışda Polşa regionlarına xas əl işləri, orqanik qida məhsulları, kolbasalar, piroqlar, pendirlər, çörək çeşidləri var.
Noyabrın 16-dək davam edəcək festival çərçivəsində müxtəlif master-klaslar da təşkil edilib.
banner

Oxşar Xəbərlər