AZE | RUS | ENG |

Varis 2018-ci ilin yazıçısı elan olunub

Varis 2018-ci ilin yazıçısı elan olunub
Azərbaycan ədəbiyyatını beynəlxalq miqyasda layiqincə təmsil edən yazıçı Varis növbəti uğura imza atıb.
AZƏRTAC xəbər verir ki, o, Rusiyanın nüfuzlu "Rossiyskiy kolokol” ədəbiyyat jurnalının versiyası üzrə "İlin yazıçısı” elan olunaraq 2018-ci il Rusiya ədəbi mükafatına layiq görülüb.
Yazıçımız diplom və laureat medalı ilə təltif olunub. 2019-cu ildə Varisin romanlarından biri yüksək tirajla "Rossiyskiy kolokolun kitabxanası" seriyasından çap olunacaq.
Qeyd edək ki, "Rossiyskiy kolokol" hazırda Rusiyanın ən yüksək tirajla çıxan ədəbiyyat jurnalıdır (20000 nüsxə). İl ərzində jurnalın bir neçə kağız və elektron almanaxları da işıq üzü görür. Jurnal Rusiya ilə yanaşı, Almaniya, Fransa, İsrail, İspaniya, Bolqarıstan, Serbiya və s. ölkələrdə yayılır, Böyük Britaniyada isə ingilisdilli variantı çap olunur.
"Rossiyskiy kolokol"un baş redaktoru həm də "Literaturnaya qazeta"nın baş redaktoru Mixail Zamşevdir.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9202
GEL 1 1 Gürcüstan larisi 0.631
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2177
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1838
CHF 1 1 İsveçrə frankı 1.6833
KWD 1 1 Küveyt dinarı 5.5906
TRY 1 1 Türkiyə lirəsi 0.2949