AZE | RUS | ENG |

Vardan Oskanyan: “Ermənistan dalana dirənib”

Vardan Oskanyan: “Ermənistan dalana dirənib”
Sabiq xarici naziri Ermənistan demokratiyasını “qondarma və saxta” adlandırıb

Sabiq xarici naziri Vardan Oskanyan Ermənistan hakimiyyətinə qarşı sərt bəyanatlarını davam etdirir. Bu dəfə sabiq nazir bəyan edib ki, bu gün Ermənistan dalana dərinmiş vəziyyətdədir və bundan çıxış yolu yalnız köklü islahatlar aparmaqdır. “Lakin bunu reallaşdırmalı olan insanlar bu prosesdə maraqlı deyillər. Çünki, bunu etsələr özlərinin siyasi və iqtisadi monopoliyasını təhlükə altına almış olacaqlar” - deyə əlavə edib.

“Çiçəklənən Ermənistan” partiyasından deputat bu sözləri özünün “Facebook” səhifəsində yerləşdirib. Onun sözlərinə görə, bu gün bu monopoliyanı saxlamaq erməni xalqına çox baha başa gəlir. Parlamentarinin sözlərinə görə, bu islahatların Ermənistan üçün həddən artıq əhəmiyyətli var: “Xarici kömək, eləcə də erməni diasporasının investisiyası da məhz bu islahatlardan asılıdır”.

Oskanyan xatırladıb ki, “Minilliyin çağırışı” proqramı öz fəaliyyətini üç il bundan əvvəl Ermənistanda dayandırıb və özü ilə 300 mln. dollarlıq qrant layihəsini də aparıb. Bu vəsait Ermənistan iqtisadiyyatına infrastrukturun, xüsusən də ölkənin sərhəd rayonlarının inkişafına yönəldiləcəkdi: “Proqram bağlandı. Çünki Ermənistan təklif olunan düzgün idarəetmə və demokratiya kriteriyalarına əməl edə bilmədi”.

Oskanyan həmçinin Avropa Birliyi donorlarının toplantısının da təxirə salınmasına da toxunub. Həmin toplantı vasitəsilə Yerevan 1 mlrd. dollar toplamaq istəyirdi: “Toplantı parlament seçkilərinin pis keçirilməsi, eləcə də islahatların aparılmaması səbəbindən təxirə salındı. İndi də deyirlər ki, toplantı prezident seçkilərindən sonra baş tuta bilər. Azad və ədalətli seçkilərin keçirilməsi ilkin şərtlərdən biri kimi göstərilir. AB-yə assosiativ üzvlüklə bağlı saziş də Ermənistana böyük üstünlüklər verir və onun imzalanması məsələsi yalnız hakimiyyət orqanlarının idarəsindən və onların AB-nin şərtlərini qəbul etməsindən asılıdır”.

Oskanyanın müşahidələrinə əsasən Ermənistan bununla bağlı aparılan danışıqlarda ən sonuncu yerlərdən birində qərarlaşıb və AB-nin genişlənməsi üzrə komissarının sözlərinə görə, Ermənistan 2013-cü ilin sonundan tez quruma üzvlüyün arzula bilməz: “Ermənistanda demokratiya və azad iqtisadiyyat çox təhlükəli nöqtədədir. Son beş il ərzində hökumət uğurlara imza atmayıb və bu faktdır. Əksinə, hakimiyyətin və biznesin maraqları daha da inkişaf edib. Bu hal siyasi və iqtisadi elitanı formalaşdırıb, iqtisadiyyat və siyasət sahəsində islahatların həyata keçməsində maneələr yaranıb”.

Oskanyanın fikrincə, vəziyyətdən çıxış yolu azad və ədalətli seçkilər nəticəsində yeni hökumətin yaradılması, dövlət idarəetməsində peşəkar şəxslərin iştirakıdır. Oskanyan həmçinin diqqəti ona yönəldib ki, 2011-ci ilin analoji dövrü ilə müqayisədə Ermənistana bu ilin birinci yarısında yatırılan investisiyaların həcmi 40 faizi düşüb, ikinci yarısında isə 60 faiz düşüb. Bunun əsas səbəblərindən biri də islahatların olmaması, investorların Ermənistanda inkişafın olmamasına görə ölkəyə yardım etməmələridir: “Bu gün aydındır ki, diasporanın nüfuzlu üzvləri Ermənistanın inkişafında aktiv iştirak etmirlər». “Ermənistanın sosial-iqtisadi vəziyyəti ağırdır, 4 ildə biz təkcə yerimizdə saymamışıq, həm də bir çox istiqamətdə geriləmişik”. Vardan Oskanyan bildirib ki, ölkənin sosial-iqtisadi vəziyyətinin ağır olduğu bütün çılpaqlığı ilə göz qabağındadır. Onun sözlərinə görə, Ermənistanın makroiqtisadi göstəricilərindən biri əcnəbi investisiyaların kəskin aşağı düşməsidir.
Eks-xarici işlər naziri onu da deyib ki, ona qarşı irəli sürülən ittihamlar və deputat toxunulmazlığının götürülməsi siyasi təqibdən başqa bir şey deyil.

Ona qarşı irəli sürülən ittihamları isə iki səbəbdən əlaqələndirir: “Bunun hüquqi əsası yoxdur. Eyni zamanda burada söhbət müəyyən şəxsdən vəsait almış özəl şəxsdən gedir. Mən hüquqi müstəvidə mübarizə aparmağa hazırlaşmıram. Belə ki, bunu mənasız hesab edirəm. Söhbət siyasi səviyyə mərhələsindədir və məhz bu mərhələdə aparılacaq. Əlbəttə ki, bu tək mənə qarşı deyil, təmsil olunduğum partiyaya, Ermənistanda demokratiyaya qarşı yönəlib”. V.Oskanyan Ermənistan demokratiyasını “qondarma və saxta” adlandırıb. Oskanyan qeyd edib ki, Ermənistan hazırda dünyanın ən çox siyasiləşmiş ölkəsidir: “Siyasət hər yerdədir – vergi xidmətində, məhkəmələrdə, mətbuatda. Hər şey siyasiləşib. Bizdə bütün sahələrdə problemlər var və hətta sosial problemlərin də kökündə siyasət durur. Ona görə də bu problemlərin həlli yolu siyasət meydanında axtarılmalıdır. Onu tapmaq yalnız o halda mümkün olacaq ki, biz düzgün siyasi mexanizmlər müəyyənləşdirəcəyik”. Ermənistanda yoxsul əhalinin sayı yarım milyona çatıb. Ermənistanın xarici borcu demək olar ki, üç dəfə artıb və ilin sonuna 4 milyardlıq həddə çatacağı gözlənilir. Əhalinin həyat səviyyəsi aşağı düşüb. İnflyasiya həddini həmişə planlaşdırılan səviyyədə saxlamaq mümkün olmayıb. Əhalinin gəliri inflyasiyanın məbləği ilə tərs mütənasibdir” Ermənistan XİN-in keçmiş rəhbəri hesab edir ki, onun təmsil etdiyi partiya yaxşı siyasi nüfuza malik olduğundan birmənalı olaraq prezident seçkilərində iştirak etməlidir və partiya onun namizədliyini irəli sürməlidir. “Ermənistanda sosial-iqtisadi vəziyyət acınacaqlıdır. Bu dörd ildə biz nəinki yerimizdə addımlamaqda davam etmişik, bir sıra istiqamətlər üzrə reqress də davam edib”.

Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, Oskanyan gələn ilki prezident seçkilərində “Çiçəklənən Ermənistan” Partiyasından namizəd ola bilər. Bildirilir ki, keçmiş prezident Robert Köçəryan bugünlərdə Oskanyanla görüşüb və ona məsləhət görüb ki, prezidentliyə namizəd olsun. Məlumata görə, Köçəryan özü namizəd olmaq istəmir, nəzərə alır ki, o namizədliyini irəli sürsə digər qüvvələrlə ittifaq qurması çətin olacaq. Oskanyan özü də prezidentliyə namizəd olacağını istisna etmir. O bildirir ki, “Çiçəklənən Ermənistan” Partiyasının gələn ilki seçkilərdə Serj Sarkisyanı dəstəkləyəcəyini gözləmir və partiya öz namizədi ilə çıxış etməlidir: “Mən partiyanın lideri Qaqik Tsarukyanın namizədliyini irəli sürməsinə tərəfdaram. Əgər Tsarukyan namizəd olmaq istəməsə və mənim namizədliyim məsləhət görülsə, bu missiyanı üzərimə götürməyə hazıram”.

Azər NURİYEV

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219