AZE | RUS | ENG |

Vaqif Süleymanov: Mədəniyyət və incəsənət sahəsinə göstərilən qayğı bizi daha əzmlə çalışmağa sövq edir

Vaqif Süleymanov: Mədəniyyət və incəsənət sahəsinə göstərilən qayğı bizi daha əzmlə çalışmağa sövq edir
Azərbaycan Respublikasının son illərdəki sürətli inkişafı bütün zəhmətkeşləri sevindirdiyi kimi, biz musiqiçiləri də ruhlandırır. Respublikamızın bütün regionlarında aparılan abadlıq və quruculuq işləri doğma şəhərimiz Sumqayıtda da geniş vüsət alıb. Sumqayıtda mədəniyyət müəssisələrinin inşası və əsaslı təmirdən sonra sakinlərin ixtiyarına verilməsi dövlətimizin başçısının mədəniyyət sahəsinə olan diqqət və qayğısının bariz nümunələridir. Buna görə də Sumqayıtın mədəniyyət sahəsində çalışan insanları Prezident İlham Əliyevə təşəkkürlərini bildirirlər. AZƏRTAC xəbər verir ki, bu sözləri Əməkdar mədəniyyət işçisi, Ə. Bakıxanov adına Sumqayıt Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Vaqif Süleymanov deyib. O bildirib ki, martın 1-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir qrup mədəniyyət və incəsənət xadimi ilə görüşü, onların bu sahəyə göstərdikləri qayğı bizi daha əzmlə çalışmağa sövq edir. V.Süleymanov qeyd edib ki, görüş zamanı mədəniyyət və incəsənət xadimləri bu sahədə əldə etdikləri uğurlarla yanaşı, mövcud çatışmazlıqlar barədə də dövlətimizin başçısına məlumat veriblər. Mən musiqiçi olduğum üçün professor Fərhad Bədəlbəylinin çıxışı daha çox diqqətimi cəlb etdi. Onun dediyi kimi, bütün istedadlı ifaçıların yetişməsində fundamental zəhmət durur. Bu baxımdan Azərbaycanın musiqi və incəsənət məktəblərinin rolu çox böyükdür. Dahi Üzeyir Hacıbəyovun şah əsəri olan musiqi məktəbləri Azərbaycanın xalq və klassik musiqinin öyrənilməsində, təbliğində əvəzedilməz rol oynayır. Böyük bəstəkarımız Süleyman Ələsgərovun adının əbədiləşdirilməsi ilə bağlı təklif də çox xoşuma gəldi. Çünki Azərbaycanın professional musiqi sənətinin inkişafında Xalq artisti Süleyman Ələsgərovun çox böyük rolu olub. Mən öz müəllimimin adının əbədiləşdirilməsinə görə çox şadam. "Əlbəttə, mədəniyyət və incəsənət xadimləri ilə keçirilən görüş Azərbaycanın mədəniyyət tarixinə qızıl hərflərlə yazılacaq bir hadisədir. Sumqayıtın mədəniyyət işçiləri adından möhtərəm Prezidentimizə və Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin təşəkkürümü bildirirəm”, - deyə V. Suleymanov əlavə edib.

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9288
GEL 1 1 Gürcüstan larisi 0.6337
GBP 1 1 İngiltərə funt sterlinqi 2.2567
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1842
CHF 1 1 İsveçrə frankı 1.6988
KWD 1 1 Küveyt dinarı 5.6004
TRY 1 1 Türkiyə lirəsi 0.311