• cümə, 19 Aprel, 05:38
  • Baku Bakı 18°C

Vaqif Səmədoğlu səhhəti ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirdi

19.11.14 10:34 1369
Vaqif Səmədoğlu səhhəti ilə bağlı yayılmış xəbərlərə aydınlıq gətirdi
Xalq şairi Vaqif Səmədoğlu müxtəlif saytlarda səhhəti ilə bağlı yayılmış xəbərləri təkzib edib.
APA-nın məlumatına görə, bu barədə şair öz Facebook səhifəsində yazıb: “Mənim əzizlərim, dünən müxtəlif xəbər saytlarında mənim səhhətimlə bağlı yayılmış məlumat yanlışdır. Vəziyyətim normaldır, ev şəraitində müalicəmi davam etdirirəm. Narahatlığa heç bir səbəb yoxdur. Hamınıza təşəkkür edirəm”.
Qeyd edək ki, dünən bir neçə sayt V.Səmədoğlunun vəziyyətinin kəskin pisləşməsi haqqında məlumat yaymışdı.
banner

Oxşar Xəbərlər