• şənbə, 20 Aprel, 14:07
  • Baku Bakı 23°C

Vaqif Əsədovun maşını radara düşüb, qızı isə cərimələnib

29.01.14 14:33 1811
Vaqif Əsədovun maşını radara düşüb, qızı isə cərimələnib
Yol hərəkəti qaydalarını pozan təkcə sürücülər deyil. Piyadaların cərimələnməsi də son vaxtlar geniş vüsət alıb. Əksər hallarda polis əməkdaşlarıının bu məsələdə az rol oynamadığı da iddia olunur.
“Polis əməkdaşları küçənin görünməyən yerində gizlənərək sanki piyadanın keçiddən istifadə etmədiyi anı gözləyirlər. Piyadanın keçiddən istifadə etmədiyini görən polis əməkdaşı həmin an “gizləndiyi” yerdən çıxaraq, onu çərimələyir”, – adətən, “məsum” piyadalar belə deyir.
Bir sözlə, piyadanın buraxdığı ani bir səhv ona 20 manata başa gəlir.
Moderm.az saytına danışan Bakı Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyir ki, son dövrdə 139 min piyadaya inzibati protokol yazılıbsa, bir o qədər də şifahi xəbərdarlıq olunub.
“Etiraf etməliyik ki, yaşlı xanımlara, kişilərə, tələbələrə protokol yazılmayıb”.
Vaqif Əsədov onu da bildirib ki, azərbaycanlıların özünəməxsus düşüncə tərzi var.
“Bu gün paytaxtın yeraltı, yerüstü piyada keçidləri var ki, onlar nəzarətə götürülüb. Bu keçidlərdə polislər xidmət aparır. Orada nə qədər polis olmalıdır ki, fit çalıb piyadalara xəbərdarlıq etsin? Məsələn, “Nərimanov” kinoteatrının qarşısında polis əməkdaşlarımız var. Onlar bacardıqları qədər fit və dəyənəkdən istifadə edib yolu qanunsuz keçənləri geri qaytarırlar. Elə vətəndaşlarımız da var ki, bu xəbərdarlıqlara əhəmiyyət vermir və yolu piyada keçidindən istifadə etmədən keçir. Bu məsuliyyəti yalnız polis əməkdaşlarının üzərinə yıxmaq düzgün deyil”.
Vətəndaşların yol hərəkəti qaydalarını öyrənməli olduğunu deyən V. Əsədov hər bir keçidin yanında polis əməkdaşlarının duraraq vətəndaşlara xəbərdarlıq etməsinin mümkünsüz olduğunu deyir. Onun sözlərinə görə, bu zaman hər vətəndaşı xəbərdar etmək üçün hərəyə bir polis əməkdaşının ayrılması gərəkdir.
“Çox vaxt piyadalara xəbərdarlıq edilir. Məsələn, təkcə sadə vətəndaşlar yox, hətta polis əməkdaşlarının çoxu də piyada keçidindən istifadə etmədikdə cərimələnirlər. Konkret rəqəmlər deyə bilməsəm də, belə faktlar var. Mənim özüm də sürət həddini aşdığıma görə radara düşmüşəm, cəriməmi də ödəmişəm. Hətta qızım da piyada keçidindən istifadə etmədiyi üçün cərimələnib”.
Bu arada qeyd edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaydığı məlumata görə, 2013-cü ildə 77 uşaq yol-nəqliyyat hadisəsi zamanı həyatını itirib.
Hüquqşünas Ərşad Hüseynov vətəndaşlarda böyük günah olduğunu deyir. Həmin keçidlərin piyadaların təhlükəsizliyi məqsədilə tikildiyini bildirən hüquqşünasın sözlərinə görə, yerüstü keçidlərdə zolaqlar məhz piyadanın diqqətini çəkmək məqsədi daşıyır. Yəni həmin xətlər piyadanın diqqətini çəksin və piyada həmin yoldan keçsin.
“Bakıda saysız-hesabsız yol var. Hər bir keçidin qarşısında bir polis əməkdaşını qoymaq mümkün deyil. Amma polis əməkdaşının da gizlənərək vətəndaşın piyada keçidindən istifadə etmədiyini görən anda çıxıb onu cərimələməsi düzgün deyil və qanunsuzdur. Əslində şəhərin konkret yerləri olmalıdır və oraya polis əməkdaşları təhkim olunmalıdır. Məsələn, onların iş prosesi belə olmalıdır. Polis ona təkim olunmuş küçədə olan qayda pozuntularına nəzarət etməlidir. Həmin küçədə yol hərəkəti qaydalarını pozan piyadalara xəbərdarlıq etməli yeri gələndə cərimələnməlidir. Bundan başqa insanlar özləri dərk etməlidir ki, yol hərəkəti qaydalarını pozsa, cərimələnəcək və ya ona həyatı bahasına başa gələ bilər. Bu gün bizdə sürücülərlə polis arasında kamera görüntüləri ilə bağlı çəkişmələr olur. Halbuki dünyanın inkişaf etmiş ölkələrində küçədə polis əməkdaşına rast gəlmək olmur. Piyadaların da hərəkəti kameralar vasitəsilə tənzimlənir. Odur ki, piyadaları eyniləşdirmək olmaz. İlk növbədə vətəndaş piyada keçidlərinin onun təhlükəsizliyi üçün tikildiyini dərk etməlidir”.
banner

Oxşar Xəbərlər