• cümə, 19 Aprel, 06:12
  • Baku Bakı 13°C

Vano Merabişvili yenidən siyasətə qayıdır

09.09.19 12:51 504
Vano Merabişvili yenidən siyasətə qayıdır
Gürcüstanın sabiq Baş Naziri Vano Merabişviliazadlığa çıxandan sonra siyasi fəaliyyətini davam etdirəcək.
APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə onun vəkili Giorgi Çiviaşvili bildirib.
Onun sözlərinə görəV. Merabişvilinin siyasi həyata qayıdacağı dəqiqdir.
"Amma onun hansı siyasi partiyaya qoşulacağı bilinmir”, - deyə G. Çiviaşvili vurğulayıb.
Qeyd edək ki, sabiq Baş Nazir və Daxili İşlər naziriV.Merabişvili2013-cü ilin mayında həbs edilib. O,26 may 2011-ci il mitinqi, Sandro Girgvliani işində dəlillərin gizlədilməsi, Valeri Gelaşviliyə fiziki hücum, Kvariati villası işi, vəzifə səlahiyyətlərindən sui-istifadə və seçicilərə rüşvət vermək də daxil olmaqla, bir sıra məsələlərdə ittiham olunaraq6 il 9 ay həbs cəzasına məhkum edilib. O, 2020-ci il fevralın 20-də azadlığa buraxılacaq.
banner

Oxşar Xəbərlər