• cümə, 19 Aprel, 03:38
  • Baku Bakı 18°C

Valeriya Məmmədova Çempionlar Liqasının ikincisidi

01.03.17 22:17 1128
Valeriya Məmmədova Çempionlar Liqasının ikincisidi
Qadın voleybolçular arasında Çempionlar Liqasının ən yaxşılarının adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, qrup mərhələsinin yekununa əsasən açıqlanan siyahıda Azərbaycan klublarından - "Telekom”la "Azərreyl”in oyunçuları da var.
Təmsilçilərimizdən ən yaxşı göstərici Valeriya Məmmədovaya məxsusdu. Azərbaycan millisinin də şərəfini qoruyan libero ən yaxşı top qəbul edənlər sırasında ikincidi. O, üzərinə gələn topların 42,86 faizini düzgün qəbul edib.
İlk "üçlük”də "Telekom”un voleybolçusu da yer alıb. 4 turdan sonra blokçuların siyahısına başçılıq edən Olena Həsənova çıxışını 3-cü pillədə başa vurub. O, 6 matçın 20 hissəsində 29 dəfə keçilməz olub. Həsənovanın liderliyi təhvil verməsində rəqibləri ilə müqayisədə az setdə çıxış etməsi də rol oynayıb.
Bu oyunçularla yanaşı, bir neçə oyunçumuz da "20-liyə” düşüb.
Qeyd edək ki, Bakı klubları qrup mərhələsində mübarizəni dayandırıblar.
banner

Oxşar Xəbərlər