• çərşənbə axşamı, 19 mart, 10:48
  • Baku Bakı 8°C

Valentina Matviyenko: Qarabağ münaqişəsinin tərəfləri təmkin nümayiş etdirməlidir

21.11.19 18:28 653
Valentina Matviyenko: Qarabağ münaqişəsinin tərəfləri təmkin nümayiş etdirməlidir
Qarabağ münaqişəsinin tərəfləri nizamlanma üzrə səmərəli həll yolu tapmaq üçün təmkin nümayiş etdirməlidir.
Trend-in məlumatına görə, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Sankt-Peterburqda Ermənistan parlamentinin sədri Ararat Mirzoyanla görüşü zamanı deyib.
O bildirib ki, Rusiya ATƏT xətti ilə Qarabağ probleminin nizamlanmasına kömək göstərir:
"İndi regionda vəziyyət sakitdir, amma bizi Qarabağ probleminin nizamlanması üzrə səmərəli həll yolunun tapılmasında əlverişli mühitin yaranmasına qulluq etməyən ritorika narahat edir. Fikrimcə, kompromis həll yolu tapmaq və irəliləmək üçün təmkinli olmaq lazımdır, çünki Ermənistanda da, Azərbaycanda da insanlar inkişaf üçün sülh və normal həyat istəyirlər. Biz vasitəçi rolunu daha səmərəli yerinə yetirmək üçün əlimizdən gələni edəcəyik”.
banner

Oxşar Xəbərlər