• cümə axşamı, 25 aprel, 16:52
  • Baku Bakı 23°C

Valeh Kərimov: “Arif Quliyev kimsəsizlərə əl tutardı”

07.05.21 13:45 983
Valeh Kərimov: “Arif Quliyev kimsəsizlərə əl tutardı”
"Arif Quliyev özünəməxsus, gözəl sənətkar idi”.
BunuAPA-ya açıqlamasında Xalq artisti Valeh Kərimov deyib.
O bildirib ki, A. Quliyev bir teatra sığımırdı: "Özü truppa yaradır, hansısa teatrda bir neçə ay işləyirdi, sonra digər teatra keçirdi. İçi dolu idi. İstedadlı insan idi. Həyatda nə qədər enerjisi var idisə, səhnədə də elə idi. İnsansevər idi, hamıya mehriban idi. O gələndə hamı sevinirdi ki, Arif gəlir. Belə sənətkarlar az olur. Arif haqqında 100 adam danışsa, hamısı yaxşı, xoş sözlər deyər. Adətdir, ölən haqqında yaxşı söz deyirlər, amma bu, təbii bir şeydir ki, Arif haqqında hamı çox sözlər danışa bilər. Yaxşı insan, əliaçıq bir adam olduğunu, böyüyə, kiçiyə hörmət etdiyini hamı deyər. Özünü hamıdan kiçik sayırdı, amma özü böyük insan idi”.

V. Kərimov qeyd edib ki, A.Quliyev xalq adamı idi, xalqın içindən çıxmışdı: "Kimsəsizlərə əl tutardı. Azərbaycan teatrı çox itkilər verib. Onlardan biri də Arif Quliyevdir. Allah ona rəhmət eləsin”.
banner

Oxşar Xəbərlər