AZE | RUS | ENG |

“Valday” bəyanatı Azərbaycanın haqlı mövqeyini dünyaya göstərdi

“Valday” bəyanatı Azərbaycanın haqlı mövqeyini dünyaya göstərdi
Prezident İlham Əliyevin "Valday” klubunda səsləndirdiyi "Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı Azərbaycanda və beynəlxalq arenada ciddi müzakirəyə səbəb olub. Prezident İlham Əliyevin bu məlum bəyanatı bir neçə aspektdən mühüm əhəmiyyətə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.
C.Xəlilov bildirib ki, dünya ictimaiyyətinin gözü qarşısında Ermənistanın baş naziri Nikol Paşinyan heç bir beynəlxalq normaya riayət etmədən həyasızcasına Qarabağın erməni torpağı olduğunu iddia edir. Halbuki bütün dünya etiraf edir ki, Qarabağ Azərbaycan torpağıdır. Ermənilər heç vaxt bu torpaqlarda olmayıb. Onlar sonradan bu torpaqlara köçürülüb, bir müddətdən sonra isə müxtəlif iddialara düşüblər. Ermənistan daxilindəki bəzi qüvvələr erməni cəmiyyətini yolundan azdırır, onları yanlış istiqamətə yönəldir. Bəzi siyasətbazlar isə şəxsi ambisiyaları naminə erməni xalqını da bəlaya salıblar.
Sədr müavini diqqətə çatdırıb ki, sadə ermənilər Azərbaycanın inkişafını görürlər. Onlar qeyd edirlər ki, siyasətbazların ambisiyaları olmasaydı, Azərbaycanın inkişafından bəhrələnə bilərdilər. Erməni xalqı istəyir ki, Azərbaycanın ərazi bütövlüyü tanınsın və bu münaqişəyə son qoyulsun. Lakin bəzi erməni siyasətbazlar reallığı əks etdirməyən ideyalarla siyasi xal qazanmağa, şəxsi maraqlarını təmin etməyə çalışırlar.
"Prezident İlham Əliyev dəfələrlə beynəlxalq tədbirlərdə vurğulayıb ki, Azərbaycan heç vaxtı işğal faktı ilə barışmayacaq. Çünki Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Dövlətimizin başçısı "Valday” klubunda səsləndirdiyi bəyanatla Azərbaycanın ilkin, ənənəvi mövqeyindən imtina etmədiyini, onu sonadək qətiyyətlə qoruyacağını bütün dünyanın diqqətinə çatdırıb. Bu baxımdan mən "Valday” bəyanatını Azərbaycanın növbəti uğuru, siyasi-diplomatik əzələ nümayişi kimi qiymətləndirirəm.
Respublika Veteranlar Təşkilatı olaraq biz də Prezident İlham Əliyevin "Valday” klubundakı çıxışını yüksək qiymətləndirir, dövlətimizin başçısına Qarabağ uğrundakı mübarizədə uğurlar arzulayır və bu yolda Ali Baş Komandanımızın ətrafında sıx birləşmişi. Biz Respublika Veteranlar Təşkilatı olaraq hər zaman dövlətimizi, Prezidentimizi dəstəkləmişik və bundan sonra da var qüvvəmizlə dəstəkləməkdə davam edəcəyik”, - deyə C.Xəlilov vurğulayıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8829
GEL 1 1 Gürcüstan larisi 0.573
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1791
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1738
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.5993
TRY 1 1 Türkiyə lirəsi 0.289