• çərşənbə, 24 Aprel, 19:44
  • Baku Bakı 23°C

Vahid komandanlıq, güclü ordu

04.04.19 18:32 681
Vahid komandanlıq, güclü ordu
Azərbaycanın müasir tarixinə öz damğasını vuran şərəfli aprel döyüşlərinin 3-cü ildönümü ərəfəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir canlanma hiss olunmaqdadır. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin martın 29-da Vyanada münaqişənin həllini müzakirə etmək üçün Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşündən sonra verilən bəyanatlar bu canlanmaya bariz bir nümunədir. Səslənən bəyanatlar içərisində işğalçı dövlətin müdafiə naziri David Tonoyanın "sülh naminə ərazi” formulasının əvəzinə "yeni ərazilər üçün yeni müharibə” açıqlamasıdiqqətidaha çox cəlb edir.
Tonayanın bu açıqlamanı hansı şəraitdə, yəni Amerikada erməni lobbisindən pul dilənmək məqsədilə etdiyi səfər çərçivəsində verdiyini bir kənara qoyaq.
Gəlin baxaq;həqiqətənmüharibə başlasa nə ilə nəticələnə bilər?Doğurdanmı,Ermənistan yeni ərazilər ələ keçirmək imkanındadır?
Ermənisatan tərəfi də yaxşı bilir ki, bu gün Azərbaycan həm iqtisadi, həm də hərbi-psixoloji baxımdan üstün mövqedədir. Azərbaycan öz imkanlarını səfərbər edib çəbhə bölgəsindəki qısamüddətli atışmaları iri hərbi əməliyyatlara cevirib, öz torpaqlarını işğaldan qurtarmaq əzmindədir. Lakin Azərbaycan beynəlxalq missiyanın nəzarətində olan sülh prosesini pozmağa maraqlı deyil; Odur ki, ölkədə səfərbərlik haqqında qərar hələlik yoxdur, orduya cağırış əvvəlki qaydada aparılır.
Digər tərəfdən, Azərbaycan çəbhədəki durumdan əsl müharibə sitiuasiyasının yaranmasında neçə gəldi iştirak etmək istəmir. Baxmayaraq ki, dövlətin Ali Baş Komandan səviyyəsində müharibə yolu ilə də olsa, Dağlıq Qarabağın erməni təçavüzundən xilas edilməsi kimi dəyişməz bir mövqeyi var.

Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevinaprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsində çıxışı zamanı verdiyi bəyanatlara diqqət edək. İlham Əliyev vurğulayıb ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyində heç bir dəyişiklik yoxdur. Bu münaqişə yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Dağlıq Qarabağ bizim əzəli, tarixi torpağımızdır. Əsrlər boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb. Bu gün bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Bütün mötəbər beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr qəbul etmişlər. Bu, tarixi və hüquqi əsasdır. Heç bir ölkə qondarma "Dağlıq Qarabağ respublikası”nı tanımayıb, əminəm ki, tanımayacaqdır. "Ona görə danışıqların davam etdirilməsinin məqsədi işğal edilmiş torpaqların azad olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın yeni rəhbərliyi danışıqların formatını dəyişdirmək istəmişdir. Verilən bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir. Ancaq Azərbaycanın birmənalı mövqeyi bunu mümkün etməmişdir. Münaqişə Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal edibdir. İşğal edilmiş torpaqlarda qarşı tərəfdə hərbçilərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki ölkə arasında aparılmalıdır və aparılır. Son Vyana görüşü, o cümlədən ona görə önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi. Həm xarici işlər nazirləri arasında aparılan danışıqlar, həm də rəhbərlik arasında keçirilmiş görüş bir daha onu göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir. Biz hər dəfə bu münaqişə ilə bağlı sözümüzü deyəndə bu münaqişəni belə də adlandırırıq: Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi. Haqq-ədalət, tarixi həqiqət bizim tərəfimizdədir. İqtisadi güc də, hərbi güc də bizim tərəfimizdədir. Son illərdə görülmüş işlər, hərbi sahədə aparılan islahatlar, hərbi gücümüzün artırılması, həm siyasi meydanlarda, həm də döyüş meydanlarında qələbələr bizi daha da ruhlandırır, daha da gücləndirir”- deyə Azərbaycan Prezidenti bildirib.

Möhkəmlənmiş qənaət bundan ibarətdir ki, müharibə variantında Azərbaycan bütün cəhətlərlə qiymətləndirdikdə, güclü tərəf olduğunu təsdiqləyə biləcək.
Birincisi,beynəlxalq hüquq Azərbaycanın yanındadır və Azərbaycanın dünyada güclənmiş ciddi siyasi mövqeyi mövcuddur.
İkinçisi, Azərbaycanda bu gün Dağlıq Qarabağ məsələsində siyasi qüvvələrin fikirləri hacalanmır.Vahid mövqe var;müharibənin başlanmasında müxalifət iqtidara dəstək verir, hətta hazırkı döyüşləri irimiqyaslı əməliyyatlara kecirməkdətəklif edilir.
Ücünçüsü və ikinçinin ardı- Azərbaycanda siyasi xaos şəraiti yoxdur ki, çəbhə bölgəsində hansısa bir uğursuzluğa aparıb cıxarsın.Və yaxud, siyasi xaos şəraitində, yeni döyüşlərdə hansısa bir rayon ermənilərə verilsin, başqa sözlə, ermənilərin qarşısından geri cəkilsin. İndi söhbət vahid komandanlıqdan, orduda intizamdan gedə bilər.
Dördünçüsü və ən başlıcası, Azərbaycan ordusu istər texniki, istər mənəvi-psixoloji baxımdan yeni müharibədə müvəffəqiyyətlər qazanmağa hazırdır. Odur ki, Azərbaycanı müharibənin başlanmasına tam hazır saymaq mümkündür və kəskin xarakterli bəyanatlar onu əsla qorxutmur.
Elman Babayev
banner

Oxşar Xəbərlər