• cümə, 19 Aprel, 18:13
  • Baku Bakı 24°C

Vahid informasiya və xidmət mənbəyi

06.09.18 15:00 580
Vahid informasiya və xidmət mənbəyi
"Balansı öyrənmək üçün tez-tez Məlumat Mərkəzinə zəng edirəm” kimi sözləri mobil telefon istifadəçilərindən tez-tez eşidirik. Məsələn, Bakcell istifadəçiləri öz suallarına cavab almaq üçün Müştəri Xidmətlərinə, ya da "555” Məlumat Mərkəzinə zəng etməli idilər. Bakcell Mobil Operatorunun yeni istifadəyə verdiyi "Mənim Bakcell”im mobil tətbiqi abunəçiləırin işini xeyli asanlaşdıracaq, onlar öz suallarına cavab almaq üçün yalnız bir applikasiyadan istifadə edə biləcəklər.
Komptürdən my.bakcell.com səhifəsinə daxil olub "Mənim Bakcellim”də qeydiyyatdan keçməklə yeni mobil nömrəmə yükləyib sınaqdan keçirəndə müştərinin rahatlığına hesablanan yenilik müşahidə etdim.
Smartfon istifadəçiləri isə "play store”dən və ya "appstore”dən "Mənim Bakcellim” mobil tətbiqini yükləyə bilərlər.
Səhifədə hər bir abonent özü və nömrəsi haqqında məlumatlarla tanış ola, tarifi, statusun aktiv olub-olmamasını, cari internet, SMS qalığını, zəng dəqiqələrinin qalığını öyrənə bilər. Tariflər, xidmətlər, hesabı artırmaq mümkündür. Nömrə ilə bağlı bəzi ayarları tənzimləmək olur. Kontur bitdiyi vaxt nömrənin birtərəfli və ya ikitərəfli bağlı olması haqqında da məlumatı əldə etmək mümkündür. Nömrə aktiv olmayanda yeni mobil tətbiq vasitəsi ilə onu aktivləşdirmək, yəni balansı artırmaq mümkündür.
Xidmətin digər bir üstünlüyü ondadır ki, istifadəçinin qoşulduğu bütün əməliyyatların siyahısı orada yer alıb. İstifadə tarixçəsi bölümündə bəlli müddət ərzində müştərinin sərfiyyatını görmək mümkündür. Yəni neçə dəqiqə zəng olunub, balansdan nə qədər istifadə edilib, hansı hissəsi şəbəkə daxili və xarici zənglərdir, hər birinə görə nə qədər məbləğ çıxılır, SMS sərfiyyatı nə qədər olub. Müştəri 1 günü, 7 və ya son 30 günü seçərək bu müddət ərzində təkcə sərfiyyatla deyil, həyata keçirdiyi bütün əməliyytlar haqqında data ilə tanış ola bilər. Plastik kart vasitəsi ilə müştərinin balansını artırması mümkündür.
Əməliyyatlar tarixçəsi bölümündə müştəri etdiyi əməliyyatları görə bilir. Müştərilərin təhlükəsizliyi ilə bağlı məsələlər də nəzərdə tutulub. İzahlı qaimə çıxışı əldə etmək üçün müştəri şəxsiyyət vəsiqəsinin FİN-kodunu daxil etməlidir. Bu izahlı qaimə üçün tələb olunan təhlükəsizlik qaydalarından biridir.
Qeyd edim ki, yeni mobil tətbiqin üstünlüyü müştəriləri narahat edən suallara bir mənbə tərəfindən cavab verilməsidir. Abunəçilər onları maraqlandıran bütün suallara təkcə bu mobil tətbiqi telefonlarına yükləməklə cavab tapa biləcəklər.
Yeni tətbiqin endirilməsi ilə müştərilər daha yaxşı xidmətdən istifadə edə bilərlər.
Bir sözlə, bütün məlumatların əldə edilməsi bir mənbədən idarə olunacaq. Bunu Mobil Operatorun müştərilərin rəqəmsallaşdırılması istiqamətində atdığı yeni addım kimi dəyərləndirmək olar. Mobil tətbiq və səhifənin üç dildə mövcud olması müştərilərə məlumatları daha yaxşı anlamağa kömək edəcək. Müştəri dillərə müvafiq olaraq məlumatları rahat əldə edəcək.
Yeni mobil tətbiq abonentləri maraqlandıran və narahat edən bütün suallara cavab verə bilərsə, bunu yalnız Mobil Operatorun müştərilərin rahatlığı istiqmətində yeni uğuru kimi dəyərləndirmək olar. Yəni bundan sonra abonentin ucqar bir kənddən Bakıya və ya hər hansı rayon mərkəzinə - Müştəri Xidmətlərinə izahlı qaimədən ötrü gəlməsinə ehtiyac qalmayacaqsa, onda abonent əli altında olacaq mükəmməl informasiya və xidmət mənbəyindən niyə yararlanmasın?
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər