• cümə, 29 Mart, 02:08
  • Baku Bakı 7°C

VADA Rusiyada təlatüm yaratdı

26.11.19 11:22 478
VADA Rusiyada təlatüm yaratdı
Rusiya idmanında yenə də təlatüm yaşanır.
Kaspi.az xəbər verir ki, noyabrın 25-də VADA-nın komitəsi Rusiyanın bütün beynəlxalq yarışların təşkilat hüququndan 4 il müddətinə məhrum edilməsini tələb edib.
Məsələ ilə bağlı yekun qərar dekabrın 9-da veriləcək. Bundan sonra Rusiyanın apellyasiya şikayəti vermək üçün 21 gün vaxtı olacaq.
Əgər VADa komitənin tələbini yerinə yetirsə, onda Rusiya Avro-2020-nin, Çempionlar Liqasında 2020/2021 mövsümünün final qarşılaşmasının, 2022-ci ildə keçiriləcək voleybol üzrə dünya çempionatının və 2023-cü ilə planlaşdırılan xokkey üzrə dünya çempionatının təşkilatçılıq hüququndan məhrum olacaq.
Rusiya idmançıları 2018-ci ildə Koreya keçirilən qış Olimpiadasında neytral bayraq altında çıxış etmişdilər. Böyük ehtimalla, Tokio Olimpiadasında da bu ssenari təkrarlanacaq.
Hətta Rusiya yığmasının Avro-2020-dən və DÇ-2022-dəın uzaqlaşdırılacağı da proqnozlaşdırılır. İngiltərə mətbuatının iddiasına görə, Rusiya Avropa çempionatından uzaqlaşdırılsa, bu ölkəni Şotlandiya əvəz edəcək. Şotlandiya seçmə mərhələdə Rusiya ilə eyni qrupda olub və 3-cü yeri tutub.
Rusiya mətbuatı isə qeyd edir ki, DÇ-2022-dən fərqli olaraq, yığmanın Avro-2020-dən uzaqlaşdırılması real deyil. Çünki Avropa çempionatı FİFA-nın yox, UEFA-nın bayrağı altında keçirilir.
banner

Oxşar Xəbərlər