• cümə, 26 Aprel, 15:50
  • Baku Bakı 23°C

Vaan Martirosyan: “Köçəryan-Sarkisyan quldur rejimi zorla hakimiyyətdən uzaqlaşdırılacaq”

08.11.16 14:52 750
Vaan Martirosyan: “Köçəryan-Sarkisyan quldur rejimi zorla hakimiyyətdən uzaqlaşdırılacaq”
"Maksimum 5 il ərzində azərbaycanlılarla ermənilər sülh şəraitində yaşamağa başlayacaqlar. Bu, mənim proqnozumdur".
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan bildirib.
V. Martirosyan bunun xalq diplomatiyası sayəsində mümkün olacağını, Dağlıq Qarabağ münaqişəsinin həllini tapacağını söyləyib: "Buna mane olmağa çalışan Köçəryan-Sarkisyan rejimi isə quldur rejimdir. Dünyada heç vaxt quldurluq beynəlxalq hüquqa qalib gəlməyib. Bu quldur rejim zora əsaslanır və onlar zorla da hakimiyyətdən uzaqlaşdırılacaqlar".
V. Martirosyan müharibədə övladlarını itirən erməni valideynlərinin hamıdan əvvəl sülhə razı olacağını vurğulayıb: "Çünki onların övladları öz evlərini müdafiə edərkən həyatlarını itirməyiblər".
banner

Oxşar Xəbərlər