• cümə, 19 Aprel, 01:29
  • Baku Bakı 18°C

“V1 Challenge Azerbaijan“ yarışının tarixi açıqlanıb

11.09.14 15:15 1048
“V1 Challenge Azerbaijan“ yarışının tarixi açıqlanıb
Oktyabrın 11-də Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakı Kristal Zalında "V1 Challenge Azerbaijan" yarışının təqdimat şousu keçiriləcək.
Federasiyadan APA-ya verilən məlumata görə, yarışda Azərbaycan və digər ölkələrdən 10-dan artıq pilot iştirak edəcək.
Tamaşaçılar şouda peşəkar pilotların birincilik uğrunda mübarizəsi ilə yanaşı, maraqlı tryuklarla dolu anların da şahidi olacaqlar. Şoudan əvvəl isə Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimlərinin də iştirakı ilə Bakı şəhərində yarış avtomobillərinin yürüşü keçiriləcək.
Xatırladaq ki, "V1 Challenge Azerbaijan" yarışının təqdimatına hazırlıq məqsədilə avqust ayının sonlarında təlimlər təşkil edilib. Təlimlərdə yarışa qatılacaq pilot və hakimlərə nəzəri-praktik məşqlər keçirilib.
banner

Oxşar Xəbərlər