AZE | RUS | ENG |

Uzunömürlülük geninin daha bir sirri açılıb

Uzunömürlülük geninin daha bir sirri açılıb
İtaliyada yaşı yüzü ötmüş insanların DNT-sindən ayrılmış uzunömürlülük geninin qan damarlarını cavanlaşdırdığı sübut edilib.
AZƏRTAC ANSA agentliyin istinadla xəbər verir ki, bu barədə "European Heart” tibb jurnalında dərc edilən tədqiqat işində italiyalı mütəxəssislər məlumat verib.
Bildirilir ki, Annibale Puka və Karmin Veççionenin rəhbərlik etdiyi Salerno Universiteti, "Irccs MultiMedica” və "Irccs Neuromed” tibb institutlarından olan mütəxəssis heyəti tədqiqatın ürək-damar xəstəliklərinin müalicəsinin yeni üsulu üçün şərait yaratdığnı söyləyib.
"Bizim məqsədimiz uzunömürlü insanların genetik üstünlüklərini bötüvlükdə əhaliyə köçürməkdir. Biz şişlər və neyrodeqenerativ xarakterli xəstəliklər daxil olmaqla digər istiqamətlərdə də çalışırıq”, − deyə mütəxəssis A. Puka söyləyib.
Onun sözlərinə görə, bu gen qanda yüksək səviyyədə aşkar olunarkən BPIFB4 zülalının daha çox hasil olmasına səbəb olur və qan damarları üçün müdafiə funksiyasını yerinə yetirir.
Qeyd edək ki, İtaliya Səhiyyə Nazirliyi və "Cariplo” Fondu tərəfindən maliyyələşən bu tədqiqat işi bu heyətin yaşı yüzdən yuxarı olan insanlarda LAV-BPIFB4 (uzunömürlülüklə əlaqəli variant) geninin müəyyən edilməsində əldə etdiyi əvvəlki nəticələrindən sonra başlanıb.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8876
GEL 1 1 Gürcüstan larisi 0.583
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0559
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1763
CHF 1 1 İsveçrə frankı 1.7369
KWD 1 1 Küveyt dinarı 5.5865
TRY 1 1 Türkiyə lirəsi 0.3056