AZE | RUS | ENG |

“Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar”

“Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar”
Yeni Azərbaycan Partiyasının qərargahında bu adla tədbir keçirilib

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında "Uydurma erməni soyqırımı: həqiqətlər və reallıqlar” adlı tədbir keçirilib.
Trend-in məlumatına görə, tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Milli Məclisin vitse-spikeri Bahar Muradova, deputatlar, tarixçilər və digər qonaqlar iştirak ediblər.
Tədbirin əvvəlində Ə.Əhmədov çıxış edərək erməni yalanlarından danışıb. O qeyd edib ki, yüz ildən çoxdur ki, bəşəriyyət erməni yalanı ilə üz-üzədir. Bu yalanın 100 ildən çox davam etməsi onu göstərir ki, məkrli, iyrənc məqsədlərə xidmət edir.
Ə.Əhmədov qeyd edib ki, qondarma "erməni soyqırımı”nı sübuta yetirən heç bir fakt yoxdur. Bu yalan həm də ermənilərin qardaş Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək məqsədi ilə bağlıdır: "Digər tərəfdən isə Türkiyəyə siyasi təzyiqlərin göstərilməsi, müəyyən hallarda Azərbaycana qarşı bu yalandan istifadə edilməsi ilə bağlıdır”.
Daha sonra çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral vurğulayıb ki, qondarma "erməni soyqırımı"nın dünyaya yayılmasına cəhd göstərilməsi tarixə qarşı ədalətsizlikdir:
"Biz bu yalanı dünyaya yaymağa çalışanları, bununla bağlı haqsız mövqe tutanları qınayırıq. Bu, əslində dünyanın keçmişinə, həqiqətə, ədalətə qarşı edilən haqsızlıqdır. Biz həqiqətləri ortaya çıxarırıq. Bu həqiqətlər üzə çıxdıqca erməni yalanları da üzə çıxır. Azərbaycanda ermənilər tərəfindən törədilən qətliamlar dünyanın gözü qarşısında baş verib. Bu qətliamı törədənlər Ermənistanda qəhrəman elan ediliblər. Bu, dünyada ən böyük haqsızlıqdır”.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991